«Azerfon» şirkəti mobil rabitə abunəçilərinin sayını 850 minə çatdırıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («Nar Mobile» ticarət markası) abunəçilərinin sayı 850 minə çatıb. Bu barədə «APA-Economics»ə «Nar Mobile» MMC-dən məlumat verilib.
Şirkətdən bildirilib ki, bu, 18-19 ayın nəticəsidir və yaxın gələcəkdə şirkətin abunəçi bazası daha da genişlənəcək: «Biz abunəçilərimiz üçün xüsusi yenilik hazırlamışıq və həmin yenilik «Nar Mobile»ın abunəçilərinin sayını bir qədər də artıracaq. Bundan başqa, bizim bir sıra tarif planlarımız var ki, bu da abunəçilərin sayının artmasında öz rolunu oynayacaq. Dinamik inkişaf templərini nümayiş etdirməklə «Nar Mobile» hazırda mobil bazarda 15% paya malikdir».
Şirkətdən həmçinin bildirilib ki, «Nar Mobile» rabitənin keyfiyyətini yaxşılaşdırmaq üçün də iş aparır. Belə ki, bu ilin oktyabr ayı ərzində şirkət Azərbaycanın bir sıra regionda 30-dan çox yeni stansiya quraşdırıb. Ötən il ərzində isə rabitənin keyfiyyəti 40% yüksəlib.
Qeyd edə ki, «Nar Mobile» şirkəti bu gün Bakıda işə başlayan XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin («BakuTel-2008») baş sponsoru rolunda çıxış edir. Sərgi çərçivəsində şirkət ən son texnoloji yeniliklər, müasir həllər və xidmətləri nümayiş etdirir. Sərgidə 21 ölkədən 105 şirkət iştirak edir.
Xatırladaq ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272