Bakı-Gürcüstan sərhədi avtomobil yolunun Tovuz dairəvi hissəsi bir ay tez istifadəyə veriləcək

Bakı. Rəşad Süleymanov –APA-Economics. Bakı-Gürcüstan sərhədi avtomobil yolunun Tovuz dairəvi hissəsinin planlaşdırıldığından bir ay tez istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə « APA-Economics»ə «Azəryolservis» ASC-dən məlumat verilib.
Artıq yolda torpaq işlərinin böyük hissəsi tamamlanıb, 6 km hissədə isə ikiqat asfalt örtüyü çəkilib. Yolun üzərindəki 3 yol ötürücüsündən ikisi tikilib, sonuncunun və 1 böyük körpünün tikintisi davam etdirilir.
Xatırladaq ki, ilkin olaraq yolun 2008-ci ilin dekabr ayında istifadəyə verilməsi planlaşdırılırdı. Körpünün tikintisinin 2009-cu ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, uzunluğu 10 km olan Tovuz dairəvi avtomobil magistralı II texniki dərəcəli və iki hərəkət zolaqlı olacaq. Yolun tikintisini Azərbaycanın «Gəncə Körpü Tikinti» ASC, körpülərin tikintisini isə «Azərkörpü» ASC həyata keçirir.
Tovuz dairəvi yolunun işçi layihəsini Finlandiyanın «Finnroad» şirkəti hazırlayıb.
Qeyd edək ki, dəyəri 10 mln. ABŞ dolları olan Tovuz dairəvi yolunun tikintisi layihəsini Dünya Bankı və Azərbaycan hökuməti maliyyələşdirir. Azərbaycan hökuməti maliyyələşmənin 20%-ni təmin edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267