Bakı və Sumqayıta suyun verilməsi bərpa olunub

baki ve sumqayita suyun verilmesi berpa olunub
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Sumqayıtelektrikşəbəkə» ASC bu gün saat 17:00-da «Azərsu» SC-nin müəssisələrinin elektrik enerjisi ilə təchizatını 2 saatlıq fasilədən sonra bərpa edib.
Bu barədə «APA-Economics»ə «Sumqayıtelektrikşəbəkə» ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Quliyev məlumat verib.
A.Quliyevin sözlərinə görə, «Azərsu»nun enerji təchizatının dayandırılması qurumun «Sumqayıtelektrikşəbəkə»yə külli miqdarda kreditor borcunun olması ilə əlaqədar olub. Enerji təchizatı dayandırılandan sonra «Azərsu» və «Sumqayıtelektrikşəbəkə» rəhbərliyi arasında danışıqlar başlanıb. Danışıqların nəticəsi olaraq, «Azərsu» sabahdan etibarən borcunu hissə-hissə ödəməyə razılıq verib.
«Sumqayıtelektrikşəbəkə»dən bildirilib ki, 2008-ci ilin dekabr ayının 1-nə «Azərsu» SC-nin 46,416 mln. manat, cari ilin ilk 11 ayı ərzində isə 8,471 mln. manat məbləğində borcu yaranıb. Lakin «Azərsu»nun və onun müəssisələrinə borcların ödənilməsi ilə bağlı dəfələrlə müraciət və xəbərdarlıqların edilməsinə baxmayaraq, bu istiqamətdə heç bir tədbir görülməyib.
«Azərsu» SC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari ilin 11 ayı ərzində «Sumqayıtelektrikşəbəkə» ASC-dən alınan elektrik enerjisinə görə 3,4 mln. manat vəsait ödənilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Ötən il «Sumqayıtelektrikşəbəkə»yə ödəniş 1,4 mln. manat və ya istifadə olunan elektrik enerjisinin dəyərinin 10,5%-i səviyyəsində olub. Elektrik enerjisinə görə ödəniş səviyyəsi isə 2007-ci ildəki 10,5%-dən 2008-ci ilin 11 ayında 28,2%-ə çatdırılıb.
«Azərsu»dan həmçinin bildirilib ki, «Sumqayıtelektrikşəbəkə»dən alınan elektrik enerjisinə görə aylıq ödəniş məbləği hər ay artırılaraq 400 min manata çatdırılıb: «SC tərəfindən müvafiq tədbirlər proqramı hazırlanıb və bu tədbirlərin həyata keçirilməsi sayəsində aylıq ödəniş səviyyəsi daha da artırılacaq».
Həmçinin, «Azərsu» SC-dən qeyd olunub ki, elektrik enerjisi dəyərinin tam şəkildə ödənilməməsi istehlakçılar, xüsusən də onun 80%-dən çox hissəsini təşkil edən əhali tərəfindən su və kanalizasiya xidmətlərinə görə aparılan ödənişlərin səviyyəsinin aşağı olması ilə bağlıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
agdam musiqi kollecinin direktoru yol qezasina dusub agdam musiqi kollecinin direktoru yol qezasina dusub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267