Bakı və Sumqayıtın suyu kəsilib

baki ve sumqayitin suyu kesilib
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Sumqayıtelektrikşəbəkə» ASC bu gün saat 15:00-dan etibarən «Azərsu» SC-nin Ceyranbatanda yerləşən su təchizatı müəssisələrinin elektrik enerjisi ilə təchizatını tamamilə dayandırıb.
Bu barədə «APA-Economics»ə «Sumqayıtelektrikşəbəkə» ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Quliyev məlumat verib.
A.Quliyevin sözlərinə görə, «Azərsu»nun enerji təchizatının dayandırılması qurumun «Sumqayıtelektrikşəbəkə»yə külli miqdarda kreditor borcunun olması ilə əlaqədardır. Borcun ödənilməsi üçün «Azərsu»ya dəfələrlə xəbərdarlıq edilib.
«Azərsu» SC-nin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmov isə «APA-Economics»ə açıqlamasında hazırda qurumun rəhbərliyinin «Sumqayıtelektrikşəbəkə»nin rəsmiləri ilə danışıqlar apardığını və danışıqların nəticələrinin yaxın bir saat ərzində bilinəcəyini vurğulayıb.
«Sumqayıtelektrikşəbəkə»dən bildirilib ki, 2008-ci ilin dekabr ayının 1-nə «Azərsu» SC-nin 46,416 mln. manat, cari ilin ilk 11 ayı ərzində isə 8,471 mln. manat məbləğində borcu yaranıb: «Lakin «Azərsu»nun və onun müəssisələrinə borcların ödənilməsi ilə bağlı dəfələrlə müraciət və xəbərdarlıqların edilməsinə baxmayaraq, bu istiqamətdə heç bir tədbir görülməyib. Bakı və Sumqayıt şəhərləri, eləcə də digər regionların içməli və texniki su təchizatında yarana biləcək bütün problemlərə görə məsuliyyət «Azərsu»nun üzərinə düşür».
Məsələ ilə bağlı «Azərsu» SC-dən «APA-ECONOMICS»ə bildirilib ki, cari ilin 11 ayı ərzində «Sumqayıtelektrikşəbəkə» ASC-dən alınan elektrik enerjisinə görə 3,4 mln. manat vəsait ödənilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Ötən il «Sumqayıtelektrikşəbəkə»yə ödəniş 1,4 mln. manat və ya istifadə olunan elektrik enerjisinin dəyərinin 10,5%-i səviyyəsində olub. Elektrik enerjisinə görə ödəniş səviyyəsi isə 2007-ci ildəki 10,5%-dən 2008-ci ilin 11 ayında 28,2%-ə çatdırılıb.
«Azərsu»dan həmçinin bildirilib ki, «Sumqayıtelektrikşəbəkə»dən alınan elektrik enerjisinə görə aylıq ödəniş məbləği hər ay artırılaraq 400 min manata çatdırılıb: «SC tərəfindən müvafiq tədbirlər proqramı hazırlanıb və bu tədbirlərin həyata keçirilməsi sayəsində aylıq ödəniş səviyyəsi daha da artırılacaq».
Həmçinin, «Azərsu» SC-dən qeyd olunub ki, elektrik enerjisi dəyərinin tam şəkildə ödənilməməsi istehlakçılar, xüsusən də onun 80%-dən çox hissəsini təşkil edən əhali tərəfindən su və kanalizasiya xidmətlərinə görə aparılan ödənişlərin səviyyəsinin aşağı olması ilə bağlıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272