Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclasının açılış mərasimi keçirilib

Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda «Azercell Telecom» şirkətinin təşəbbüsü ilə GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun (QREQ) 55-ci iclasının açılış mərasimi keçirilib.
«APA-Economics»in məlumatına görə, açılış mərasimində çıxış edən «Azercell» şirkətinin vitse-prezidenti Ali Ağan bildirib ki, Azərbaycan ÜDM-nin artım tempinə, biznes şəraitinin yaxşılaşdırılmasına görə Avrasiya regionunda lider ölkəyə çevrilib. A.Ağanın fikrincə, bu iclasın Bakıda keçirilməsi Azərbaycanın regionda liderliyinin qorunub saxlanılmasına yardım edəcək.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov isə tədbir iştirakçılarına ölkənin iqtisadi inkişafı haqqında məlumat verib. Nazir müavininin sözlərinə görə, son 4 ildə Azərbaycanda ÜDM-nin həcmi 2 dəfə artıb. Bu ilin əvvəlində isə ölkədə yoxsulluq həddi 13%-ə enib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə qeyd edib ki, son 4 ildə Azərbaycanda İKT sektorunun inkişaf tempi 35-40% təşkil edib. Rabitə sektorundan əldə olunan gəlirin strukturunda mobil şəbəkənin payı isə 70%-dən artıqdır. Bu göstəricinin Azərbaycanda mobil şəbəkənin inkişafını əks etdirdiyini deyən İ.Məmmədovun sözlərinə görə, dekabrın 6-da ölkəyə ilk telefon xəttinin çəkilməsinin 127 illiyi qeyd ediləcək.
GSM Assosiasiyasının sədri Robindra Manqtani isə dünyada GSM şəbəkəsinin mövcud vəziyyəti barədə danışıb. Assosiasiya sədri bildirib ki, QREQ-in 55-ci iclasında 40-dan çox ölkənin eksperti iştirak edir. Tədbirdə SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları - İR.21, Rouminq və 3GPP şəbəkəsinin seçim üslublarının idarə edilməsi, NGMN-CSMA statusu barədə əməkdaşlıq sazişi, İP qarşılıqlı iş Alyansının (İPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması mövzuları üzrə müzakirələr aparılacaq.
Qeyd edək ki, oktyabrın 27-də alt qrupların iclasları ilə işə başlayan konfrans sabah yekunlaşır. QREQ-in ötən ilki iclası Praqada (Cexiya) olub. Bu təşkilatın illik iclası regionda ilk dəfə olaraq, Bakıda keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272