Brüsseldə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin və Milli Katiblərinin İşçi Qrupunun iclası keçiriləcək

Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 8-9-da Brüsseldə (Belçika) Avropa Komissiyasının təşəbbüsü və təklifi ilə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin və üzv ölkələrin Milli Katiblərinin İşçi Qrupunun iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.
Qara dəniz-Xəzər Hövzəsi Ekspertlərinin İnfrastruktur üzrə İşçi Qrupunun birinci iclasında prioritet infrastruktur layihələrin müəyyənləşdirilməsi sessiyalarında Transavropa Şəbəkəsinin genişləndirilməsi, yeni inkişaflar, planlaşdırma, infrastruktur layihələrin tətbiqi, TRACECA layihələri sərmayədarları forumunun təqdimatı, layihələrin müəyyənləşdirilməsi üçün məqsədlər, metodlar və şərtlər barədə müzakirələr aparılması nəzərdə tutulub.
Tərəflərin Nəqliyyat nazirliklərinin nəqliyyat siyasəti və infrastruktur layihələrin həyata keçirilməsi ilə məşğul olan əməkdaşlarının daxil olduğu İşçi Qrupun işində, həmçinin, TRACECA Hökumətlərarası Komissiyasının VII qurultayına hazırlıq, eləcə də perspektivdə görüləcək digər işlər müzakirə olunacaq.
Tədbirdə TRACECA-ya üzv dövlətlərin, Avropa Komissiyası, Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, TRASEKA layihəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Ermənistan iştirak edəcək.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Quruma Avropa və Asiyanın 12 dövləti üzvdür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267