“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlər 2,4 dəfə artıb

is yerine dair arayis elektron xidmetine muracietler 2 4 defe artib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin may ayında  59,5 min müraciət qeydə alınıb.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrünə nisbətən “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayının 2,4 dəfə artdığını göstərir.

 

Hazırda “Elektron hökumət” portalında müxtəlif qurumlar üzrə 18 növdə e-arayış xidməti təqdim olunur. Onlara edilən ümumi müraciətlərin təqribən yarıya qədəri “İş yerinə dair arayış” e-xidmətinə aiddir. Adıçəkilən e-xidmətdən istifadə üçün “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından və ya “Elektron arayışlar” bölməsindən “İş yerinə dair arayış” xidməti və bundan sonra  ekranda əks olunan müvafiq menyudan “Yeni arayış” menyusu seçilir. Sonrakı mərhələdə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını əldə edir.

 

“İş yerinə dair arayış” e-xidməti vətəndaşların müvafiq arayışı işəgötürənə müraciət etmədən real vaxt rejimində onlayn qaydada əldə etməsinə imkan verir. İndiyədək həmin e-xidmətə 1 milyon 73 min dəfə müraciət olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib
    Məktəbi yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün məzun gec...
  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267