«Nar Mobile»ın «BəxtəvərSən» lotereyasının sonuncu tirajı keçirilib

Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) tərəfindən «BəxtəvərSən» lotereyasının VIII tirajı keçirilib.
«Azerfon» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, lotereyanın əsas qaliblərinə «Honda CR-V» avtomobili və 50 min manatlıq uduş verilib.
Bununla yanaşı, ötən həftə ərzində Dəqiqə və ya SMS sifariş edən ən aktiv iştirakçılar «Nar Mobile»dan 5 ədəd «Toshiba» noutbuku, 10 ədəd «Nokia E71» və 50 ədəd «Qızıl Nar» nömrə qazanıblar.
Abunəçilər 30 dəqiqə və ya 30 SMS sifariş etməklə lotereyada iştirak ediblər. Qeydiyyatdan keçmək üçün abunəçi D və ya S yazaraq, 737 nömrəsinə sifariş göndərməli idilər. Sifarişin qiyməti 1 manat təşkil edirdi. «BəxtəvərSən» lotereyasında qeydiyyatdan keçərkən bütün iştirakçılar hər bazar canlı teleefirdə oynanılan «Honda CR-V» avtomobilinin və ya 50 min manatlıq uduşun sahibi olmaq imkanı qazanıblar.
Xatırladaq ki, GSM operatoru olan «Azerfon» şirkətinə mobil rabitə xidmətləri göstərməsi üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 1 milyondan artıq abunəçisi var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267