Yanvarın 1-dən «Aztelekom» 1 Mbit/s-lik kanalın abunə haqqını 30% endirəcək

Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) yanvarın 1-dən bəzi genişzolaqlı İnternet xidmətlərinin (limitsiz ADSL) tariflərini yenidən aşağı salacaq.
«Aztelekom»un marketinq və xidmətlərin satışı şöbəsinin rəisi Etibar Bağırov APA-ya bildirib ki, noyabrın 1-dən birdəfəlik qoşulma haqqı 20 manatdan 10 manata (50%), sürətə görə limitsiz kanalların qiyməti təqribən 30% aşağı salınıb. Nəticədə, sürəti 64/64 kbit/s olan kanaldan aylıq istifadə haqqı 35 manatdan 28 manata, müvafiq olaraq, 128/64 kbit/s kanaldan aylıq istifadə haqqı 50 manatdan 35 manata, 128/128 kbit/s kanaldan aylıq istifadə haqqı 60 manatdan 45 manata, 256/128 kbit/s kanaldan aylıq istifadə haqqı 100 manatdan 70 manata, 256/256 kbit/s kanaldan aylıq istifadə haqqı 115 manatdan 90 manata, 512/256 kbit/s kanaldan aylıq istifadə haqqı 250 manatdan 170 manata, 512/512 kbit/s kanaldan aylıq istifadə haqqı 300 manatdan 220 manata, 1024/512 kbit/s kanaldan aylıq istifadə haqqı 450 manatdan 320 manata, 1024/1024 kbit/s kanaldan aylıq istifadə haqqı 720 manatdan 500 manata endirilib.
Yeni endirim isə yalnız 1 Mbit/s kanala aid olacaq. E.Bağırovun sözlərinə görə, noyabrın 1-dən bu kanalın aylıq abunə haqqı 500 manat olduğu halda, yanvarın 1-dən bu qiymət 30% azaldılaraq 350 manata endiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267