® “Nikoil Bank” Ramazan bayramı münasibətilə iftar təşkil edib

Müqəddəs Ramazan ayının bitməsi ilə əlaqədar 13 iyun tarixində NIKOIL | Bank -ın təşəbbüsü ilə Bilgə qəsəbəsində yerləşən “Leyla xanım” piri nəzdində məsciddə ənənəvi bayram iftarı təşkil olundu.

 

Müsəlman təqvimində “on bir ayın sultanı” sayılan Ramazan ayı Azərbaycan xalqı üçün də müqəddəsdir. Oruc tutmaq İslam dininin beş ən vacib əməllərindən biridir və insan sağlamlığı üçün çox böyük faydası var. 

 

Duaların oxunması ilə başlanan və axşam namazının qılınması ilə yekunlaşan tədbirdə sıralarında həm qadın, həm də kişi olan 200 nəfərdən artıq oruc tutan insan iştirak etdi. İftar iştirakçıları dini dəyərlərə ayrılan diqqəti yüksək dəyərləndirib, göstərilən təşəbbüsə görə minnətdarlıqlarını bildirdilər.

 

NIKOIL | Bank –ın rəhbərliyi bütün müsəlmanları müqəddəs Ramazan bayram münasibətilə ilə təbrik edir və hər kəsə sağlamlıq, səadət və firəvanlıq arzu edir.

 

NIKOIL | Bank  - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi  əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267