Azərbaycanda icra olunacaq kredit layihələri müzakirə olunub

azerbaycanda icra olunacaq kredit layiheleri muzakire olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) nümayəndələrini qəbul edib.

 

İİTKM-dan “APA-Economics”ə verilən məlumata görə, AİB-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə AİB-in Azərbaycanda maliyyə və enerji sektorlarında icra olunan layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan üzrə 2019-2023-cü illər üzrə yeni hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib.

 

Qarşılıqlı fikir mübadiləsi zamanı, AİB tərəfindən növbəti 5 il müddətinə Azərbaycanda icra olunacaq kredit layihələri və texniki yardım dəstəyinin ölkənin prioritetlərinə və Strateji Yol Xəritələrinin istiqamətlərinə uyğun müəyyən edilməsi üçün fokuslanmalı sahələr və sektorlardan danışılıb. Eyni zamanda KOS sahəsində tənzimləmənin qiymətləndirilməsi, nou-hau, innovasiya texnoloji transfer sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində əldə edilən makroiqtisadi sabitlik və davamlı iqtisadi inkişaf xüsusi vurğulanıb.

 

İİTKM-in Layihələr departamentinin rəhbəri vəzifəsini icra edən Rəşad Hüseynov və strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova da görüşdə iştirak ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267