MBNP Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının Katibliyinin Assosiativ üzvlüyünə qəbul edilib

mbnp qiymetli kagizlar komissiyalarinin beynelxalq teskilatinin katibliyinin assosiativ uzvluyune qebul edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə Assosiativ üzvlüyünə qəbul edilib. 

 

Palatadan "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin 27 aprel tarixində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmiş Palata IOSCO-nun İdarə Heyətinin qərarına əsasən cari ilin iyun ayından təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib. 

 

IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır.

 

IOSCO-nun üzvü olaraq, Azərbaycanı təmsil edən Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə uyğunlaşdırılması prosesində iştirak etmək, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcək. Bununla yanaşı, Palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, İnkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq. 

 

IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcək. Bu da öz növbəsində qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267