Ağcabədidə aqropark yaradılır

agcabedide aqropark yaradilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

 

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, bu gün bu istiqamətdə növbəti tədbir Ağcabədi rayonunda keçirilib.

 

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda Ağcabədi rayonunun iqtisadi potensialına uyğun olaraq prioritet hesab edilən tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, “ixtisaslaşdırılmış yaşıl market”in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun fəaliyyəti, Ağcabədidə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, indiyədək Ağcabədidən olan 1412 sahibkara 72,6 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem dəyirmanının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

 

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 776,6 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, süd emalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 60-dan çox yeni iş yerinin açılması imkanı yaradacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 570,3 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Ağcabədidə güzəştli kredit ayrılan və 5000 ha sahədə yaradılan aqroparkda aparılan işlərə baxış keçirilib. Aqroparkda 1215 ha sahədə müasir suvarma sistemi qurulub, 1000 hektardan çox sahədə soya əkilib. Burada bitki yağlarının istehsalı zavodunun yaradılması da nəzərdə tutulur. Aqroparkın bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267