Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ATİB üzvləri ilə görüşüb

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri arasında görüş keçirilib.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Sosial inkişaf Layihəsi», əmək qanunvericiliyi, əcnəbi vətəndaşların Azərbaycanda çalışmaları üçün zəruri olan proseduralar, işəgötürən və işçi hüquqları, dövlətin pensiya siyasəti barədə və digər məsələlər üzrə iş adamlarını məlumatlandırmaq olub.
Görüş çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev qeyd edib ki, 2007-ci ildə 1 700 nəfər əcnəbi vətəndaşa iş icazəsi verilib. Ötən ilin təkcə yanvar-fevral aylarında 1 600 nəfərə iş icazəsi verilib, ümumilikdə isə, 2007-ci il ilə müqayisədə verilən iş icazələrnin sayı 4,2 dəfə artıb.
Qeyd edək ki, tədbirdə həmçinin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məmməd Qazıyev, pensiya siyasəti şöbəsinin müdir müavini Rüfət Mürşüdov və Dövlət Miqrasiya Xidməti hüquq şöbəsinin məsləhətçisi Cəmil Hüseynov da iştirak edərək ATİB üzvlərinin maraqlandıran suallarını cavablandırıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267