Bakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda seminar keçirilir

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə bu gün Bakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda elmi-praktiki seminar keçirilir.
«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan SKMF-nin rəhbəri Xaliq Məmmədov qeyd edib ki, Fond tərəfindən verilən kreditlərin səmərəli istifadəsi üçün maarifləndirmə işləri həyata keçirmək qərara alınıb. Bu tədbirin keçirilməsi isə həmin istiqamətlərdən biridir.
X.Məmmədov həmçinin qeyd edib ki, bu cür tədbirlərin Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, seminarda iqtisadçı alimlərin məruzələri dinlənilir, güzəştli kreditlərdən səmərəli istifadə olunması, biznes-planların hazırlanması və qiymətləndirilməsi məsələləri müzakirə olunur.
Xatırladaq ki, 2008-ci il dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi üçün SKMF-a 80 mln. manat ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditlər bank-agentlərə illik 1%, bank-agentlər tərəfindən isə sahibkarlara maksimum illik 7% dərəcəsi ilə ayrılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267