IFC Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin II fazası üçün pilot təşkilatlar seçməyə başlayıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) həyata keçirdiyi Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) II fazası üzrə pilot təşkilatların seçilməsinə başlayıb.
IFC-nin Azərbaycan nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, əsasən bank və səhmdar cəmiyyətləri arasında aparılan seçim zamanı üstünlük təşkilatların investisiya potensialına və maliyyə perspektivinə veriləcək. Layihənin II fazası pullu olacaq və I fazada (2005-2007-ci illər) olduğu kimi altı təşkilat iştirak edəcək: «Əgər layihənin I fazasının icrasına 2,6 mln. ABŞ dolları ayrılmışdırsa, artıq II fazanın həyata keçirilməsinə 4 mln. dollar ayrılacaq».
Layihənin I fazası çərçivəsində pilot təşkilatlar 100 mln. dollar məbləğinə vəsait cəlb edə bilib.
Qeyd edək ki, layihənin II fazasına bu ilin iyunun 24-də start verilib. Layihəyə həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) də dəstək göstərir. Layihədə tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) çıxış edir.
Xatırladaq ki, Azərbaycan 1996-cı ildən IFC-nin üzvüdür. Bu günədək IFC ölkədəki 37 layihəyə 266 mln. dollar, bankçılıq, korporativ idarəetmə, lizinq, kiçik və orta müəssisələrin inkişafı, ipoteka kreditləşməsi, qiymətli kağızlar bazarının və digər sahələrin inkişafı üçün 104 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit ayırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267