Azərbaycan Gürcüstanın 30-dək qazpaylayıcı məntəqəsini idarəetməyə götürüb

azerbaycan gurcustanin 30 dek qazpaylayici menteqesini idareetmeye goturub
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Gürcüstan İqtisadi İnkişaf Nazirliyi arasında bu ölkədəki 29 qazpaylayıcı məntəqənin ARDNŞ-in idarəetməsinə verilməsinə dair müqavilə imzalanıb.
APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya imzalayıblar.
L.Jvaniya bildirib ki, dünyada davam edən maliyyə böhranına baxmayaraq, Azərbaycan Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən qazpaylayıcı sisteminə sərmayələr yatırır: «Bu da rəsmi Tiflis tərəfindən təqdir olunur».
R.Abdullayev isə qeyd edib ki, ARDNŞ Gürcüstanda idarəetməyə götürdüyü şəbəkəyə 40 mln. ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır. Bu investisiyalar hesabına yeni xətlərin tikintisi, mövcud şəbəkənin reabilitasiyası və s. işlərin həyata keçirilməsi planlaşdırılır.
Gürcüstana verilən qazın həcminə gəlincə, R.Abdullayev bu barədə konkret məlumat verməyib. ARDNŞ prezidentinin sözlərinə görə, yaxın gələcəkdə həyata keçiriləcək tədbirlər nəticəsində Gürcüstanın qaz abonentlərinin sayının 300 min artacağı gözlənilir. Qazın qiyməti isə bazar qiymətlərinə uyğun olacaq.
İmzalanmış müqavilədə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrin də qazlaşdırılması məsələsi əksini tapıb.
R.Abdullayev bu gün Tiflisdə həmçinin «SOCAR Georgia» törəmə şirkətinin yeni yanacaqdoldurma məntəqəsi və Müştəri Xidmətləri Mərkəzinin açılışında iştirak edib.
Günün sonunda R.Abdullayevin Gürcüstanın baş naziri və prezidenti ilə görüşləri planlaşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267