Azərbaycan qazının Bolqarıstana nəqli üçün interkonnektorunun tikintisinə bu ilin sonunda başlana bilər

azerbaycan qazinin bolqaristana neqli ucun interkonnektorunun tikintisine bu ilin sonunda baslana biler

"Azərbaycan qazının Bolqarıstana çatdırılmasını nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) tikintisinə bu ilin sonunda başlanması gözlənilir".

 

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" konfransında Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev bildirib.

 

Onun sözlərinə görə, hazırda layihə şirkəti - ICGB boruların nəqli və kəmərin inşası üçün elan edilən tenderi yekunlaşdırmaq üçün çalışır. R. Smitçiyev qeyd edib ki, tenderin ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur: "Tikinti işlərinə 2018-ci ilin sonunda başlanılması, 2020-ci ildə interkonnektorun brinci hissəsinin yekunlaşması gözlənilir".

 

O, layihənin maliyyələşdirilməsi ilə bağlı problemin olmadığını bildirib. Energetika nazirinin müavini bildirib ki, IGB-nin ümumi investisiya dəyəri 220 mln. avrodur: "İnvestisiya xərclərinin 1/3 hissəsini Avropa İttifaqından ayrılan qrant təşkil edir. Belə ki,  45 milyon avro Avropa İttifaqı tərəfindən iqtisadiyyatın bərpası üçün Avropa Enerji proqramı çərçivəsində, 39 milyon avro Aİ-nin Bolqarıstan üçün Avropa Struktur fondları tərəfindən qrant ayrılıb. Bundan başqa, Bolqarıstan hökuməti Avropa İnvestisiya Bankından IGB üçün 110 milyon avro kreditin cəlb edilməsi üçün 2018-ci ilin büdcəsindən dövlət zəmanəti verib. Bu da əlverişli şərtlərlə kredit ayrılmasına imkan yaradacaq".

 

Rosen Smitçiyev qeyd edib ki, kredit müqaviləsinin ilin sonuna qədər imzalanması nəzərdə tutulur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib
    Məktəbi yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün məzun gec...
  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267