Azərbaycanda 80 il istismarda olan elektrik stansiyası satışa çıxarılıb

Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Çiçəkli Su Elektrik Stansiyası (SES)» ASC-nin səhmlərinin 94,33%-nin (85% + səhmlərin əmək kollektivinə güzəştli satışından qalan 9,33%) satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilər. Göygöl rayonunun Çiçəkli qəsəbəsində yerləşən bu SES-in nizamnamə kapitalı 55 368 manat, buraxılmış səhmlərinin sayı 27 684 ədəd, səhmlərinin növü «sənədsiz adlı», bir səhmin nominal dəyəri isə 2 manatdır. İnvestisiya müsabiqəsinə müəssisənin ümumi nominal dəyəri 52 228 manat olan 26 114 ədəd səhmi çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı və qeyri-maddi aktivləri yoxdur. Müəssisə 1928-ci ildə istismara verilib və layihə üzrə illik istehsal gücü 2 760 kVt/saatdır. Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 4 276 manat (əməkhaqqı və ona bərabər borclar) təşkil edir, debitor borcları isə yoxdur.
İddiaçılar qarşısına müəssisədə elektrik enerjisi istehsalını bərpa etmək, bununla bağlı İnvestisiya Proqramını təqdim etmək, müəssisədə beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırmaq və s. təkliflər qoyulub.
İddiaçılar silinmək üçün DƏİEDK-ə 4 min dövlət özəlləşdirmə çekinə dair, xarici investorlar isə özəlləşdirmə çeklərinin sayına bərabər dövlət özəlləşdirmə opsionları təqdim etməlidirlər.
İddiaçılar tərəfindən müraciətlərin qəbulu noyabrın 3-dək DƏİEDK-in inzibati binasında aparılacaq. Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsinə isə noyabrın 5-dən başlanılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267