«Azərenerji» və Asiya İnkişaf Bankı yeni əməkdaşlıq planını razılaşdırıb

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərenerji» ASC ilə Asiya İnkişaf Bankı (AİB) arasında yeni əməkdaşlıq planının layihəsi razılaşdırılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, əməkdaşlıq 2009-cu ildən başlayaraq 3-5 ili əhatə edəcək: «Tərəflər arasında əməkdaşlıq planı artıq razılaşdırılıb və hazırda bu planın imzalanması gözlənilir».
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə isə, «Azərenerji» ASC ilə Asiya Bankı arasında yeni əməkdaşlıq planının 2008-ci ilin sonunadək imzalanacağı gözlənilir.
Qeyd edək ki, «Azərenerji» ilə AİB arasında yeni əməkdaşlıq planı Bankın enerji məsələləri üzrə mütəxəssisi Tianxua Luonun (Tianhua Luo) Bakıya səfəri çərçivəsində (24-28 oktyabr) razılaşdırılıb. T.Luonun səfəri «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» (Power Transmission Enhancement Project) üzrə Azərbaycan hökuməti ilə növbəti danışıqların aparılması ilə bağlı olub. Səfər zamanı qonaq bir sıra dövlət qurumlarında, həmçinin Azərbaycan Sənaye və Energetika Nazirliyində görüşlər keçirib.
Xatırladaq ki, layihə 240 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq. Öz növbəsində bu ilin sentyabr ayının əvvəlində AİB-in Direktorlar Şurası sözügedən layihə üçün 160 mln. dollar kreditin ayrılmasını təsdiqləyib. Belə ki, 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək.
Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək.
Xatırladaq ki, layihənin hazırlanması üzrə konsaltinq xidmətlərini İsveçrənin «Entec» şirkəti göstərir. Konsaltinq xidmətlərinə AİB qrant şəklində 500 min dollar, Azərbaycan və Finlandiya hökumətlərinin hər biri isə 200 min dollar ayırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267