“Azərişıq” bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib

azerisiq bayramla elaqedar guclendirilmis is rejimine kecib

"Azərişıq” ASC Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görüb.

 

“Azərişıq”dan "APA-Economics"ə verilən məlumata görə, ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. 

 

"Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla  Bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib,  sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik  şəbəkələrinin  mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər  müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda vurğulanıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267