"Bulqarqaz": Aİ-nin Cənub Qaz Dəhlizinə verdiyi dəstək layihənin əhəmiyyətli olmasının bariz nümunəsidir

bulqarqaz ai nin cenub qaz dehlizine verdiyi destek layihenin ehemiyyetli olmasinin bariz numunesidir

"Cənub Qaz Dəhlizi Xəzər bölgəsindən Avropaya qaz təchizatının təhlükəsizliyi və diversifikasiyasını təkmilləşdirməyi nəzərdə tutan layihədir".

 

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən "Cənub Qaz Dəhlizi və Şimali-şərqi Enerji Təhlükəsizliyi" beynəlxalq konfransında "Bulqarqaz"ın İdarə Heyətinin sədri Botyo Velinov deyib.

 

Onun sözlərinə görə, bu mövcud infrastruktur Cənub-Şərqi Avropanın yeni qaz mənbələrinə çıxış əldə etməsini asanlaşdıracaq: "Bu da eyni zamanda təchizatın təhlükəsizliyinin, həm də enerji nəqli yollarının əhəmiyyətini göstərir. Bundan əlavə, Cənub Qaz Dəhlizi, həmçinin regionda və bütün Avropada havanın çirklənməsinin və havaya buraxılan karbon qazlarının azaldılmasına təsir göstərə bilər".

 

O qeyd edib ki, Aİ-nin layihəyə verdiyi dəstək, Cənub Qaz Dəhlizinin region və Avropa üçün nə qədər əhəmiyyətli olduğunun bariz nümunəsidir: "Bununla yanaşı, planlaşdırılan və tikinti mərhələsində olan interkonnektorlar bölgədəki qaz şəbəkələrinin əlaqələndirilməsində xüsusi rol oynayır və Cənub-Şərqi Avropa ölkələrini təhlükəsiz, rəqabət qabiliyyətli və əlverişli əmtəə ilə təmin edir. Qaz dəhlizinin marşrutu boyunca layihələrin maliyyələşdirilməsi də Avropa və dünya miqyasında kredit təşkilatlarının layihənin səhmdarlarına və onların planlarına olan güvəninin göstəricisidir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib
    Məktəbi yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün məzun gec...
  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267