SOCAR Qrup yerli və xarici banklarda girov kimi 202 mln. manat yerləşdirib

socar qrup yerli ve xarici banklarda girov kimi 202 mln manat yerlesdirib

31 dekabr 2017-ci il tarixində SOCAR Qrupun məhdudlaşdırılmış pul vəsaitləri əsas etibarı ilə üç girov hesabından təşkil olunub.

 

"APA-Economics" SOCAR-ın audit olunmuş maliyyə hesabatlarına əsasən xəbər verir ki, SOCAR Qrup "Azərkimya" zavodunun modernləşdirilməsi prosesi ilə bağlı olan xarici alışlar üçün Azərbaycan Beynəlxalq Bankında girov kimi 129 mln. manat məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib.

 

Bundan əlavə, Qrup  "SOCAR Türkiyə Enerji A.Ş"nin (STEAŞ) 13 faiz səhmləri ilə əlaqədar Satış Opsionu Razılaşmasına uyğun olaraq "Goldman Sachs International"a (“GSI”) ödəniləcək minimal ödəniş üçün zəmanət olaraq "Deutsche Bank"da 63 mln. manat (37 milyon ABŞ dolları) məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib. SOCAR Qrupun həmçinin 10 mln. manat məbləğində akkreditiv üçün girov kimi saxlanılan hesabı mövcuddur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272