Xarici şirkət Azərbaycanda elektrik stansiyası alıb

Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən «Çiçəkli Su Elektrik Stansiyası» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində «Inter Energy» MMC qalib gəlib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Belə ki, «İnter Enerji» MMC-nin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, şirkət iki il ərzində «Çiçəkli» SES-in fəaliyyətinin bərpası və yenidən qurulmasına 4,28 mln. manat investisiya qoyulmasını öhdəsinə götürüb. Nəzərdə tutulan investisiyalar müəssisənin fəaliyyətinin bərpa edilməsi və yenidən qurulması istiqamətində SES-də su qəbuledici qurğuların derivasiya kanalının, müxtəlif hidrotexniki avadanlıqların və təzyiq borusunun, habelə SES-dən suyu ötürən kanalın əsaslı təmir olunması və bərpasına, eləcə də SES-in hidroturbininin, elektrik, idarəetmə avadanlıqlarının alınması, quraşdırılması və sazlanması işlərinə yönəldiləcək. İnvestisiya Proqramının yerinə yetirilməsi nəticəsində elektrik stansiyasının layihə üzrə 2,76 MVt illik istehsal gücü ilə işləməsi nəzərdə tutulub.
Müsabiqənin digər şərtlərinə uyğun olaraq, «Inter Energy» şirkəti 100 min manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsini, silinmək üçün 4 min dövlət özəlləşdirmə çeki və eyni sayda dövlət özəlləşdirmə opsionunun təqdim edilməsini öhdəsinə götürüb.
İnvestisiya Proqramına əsasən müəssisənin gələcək fəaliyyəti təmin edildikdən sonra orada iş yerlərinin bərpası və işçilərin sosial təminatının daha da yaxşılaşdırılması məsələləri də həllini tapacaq.
DƏİEDK «Inter Energy» MMC-nin hansı ölkəyə məxsus olduğunu açıqlamır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272