Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il keçir

azerbaycanin beynelxalq sergiler burosuna uzv olmasindan 10 il kecir

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna (BSB) üzv olmasından 10 il keçir.

 

APA-nın məlumatına görə, Azərbaycan artıq 18 ildir Ekspo Hərəkatının fəal üzvüdür və ilk dəfə 2000-ci ildə Hannoverdə keçirilən “Universal Expo”da iştirak edib.

 

Azərbaycan 19 mart 2008-ci ildə isə Beynəlxalq Sərgilər Bürosuna üzv olub.

 

Qeyd olunan müddət ərzində ölkəmiz Astana, Milan və digər sərgilərdə uğurlu təqdimatlar həyata keçirərək 2017-ci ilin sentyabr ayında “Ekspo 2025” Ümumdünya Sərgisinə dair namizədlik dosyesi təqdim edərək mübarizəyə qoşulub.

 

Azərbaycanın təqdim etdiyi mövzu “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” adlanır. Qlobal əhəmiyyətə malik bu mövzu hər bir fərdə, cəmiyyətə, eyni zamanda ölkəyə öz müsbət təsirini göstərəcək.

 

Mövzu təqdimatında qeyd olunub ki, yaradıcılığımız və biliklərimiz, istedad və təcrübəmiz, amalımız və arzularımız ilə insan kapitalı bizim birgə potensialımızdır.

 

Bakı Ekspo 2025 cəmiyyətin hər bir sahəsinin insan intellektindən yararlanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.

 

Əlavə olaraq təqdim olunan üç alt mövzu  istedad, sağlamlıq və nailiyyət - BMT-nin müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

 

Noyabrın 14-də Parisdə - Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil olunan qəbulda Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.

 

Tədbirdə çıxış edən Mehriban Əliyeva bildirib ki, Azərbaycan 2000-ci ildən etibarən Ekspo hərəkatının fəal üzvüdür. Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb.

 

Beynəlxalq Sərgilər Bürosunun işinə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyduğunu deyən Mehriban Əliyeva ümumdünya sərgisinin bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün platforma olduğunu da diqqətə çatdırıb.

 

Bakı Ekspo 2025 üçün nəzərdə tutulmuş ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir.  Şəhərin iki qəsəbəsi arasında yeni torpaq ərazisində salınacaq və 200 hektar sahəni əhatə edəcək bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə Bakı şəhərinin davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərimizə təşrif buyuran qonaqlar üçün də əvəzsiz miras olacaq.

 

“İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusu fərdi düşüncələrin bir araya gəlməsində, onların ümumi müzakirəsində, qlobal əlaqələrin qurulmasında və birgə addımların atılmasında müstəsna rol oynayacaq. Yüksək nöqtədən baxarkən ərazi  Azərbaycan Respublikasının Dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcək. Ölkəmizi bütün dünyada tanıdan xalçalarımızın həndəsi naxışları isə meydanların və istirahət yerlərinin dizaynına xüsusi gözəllik verəcək. Ərazinin mərkəzində yerləşəcək əsas  bina – Azərbaycan Milli Pavilyonu – park və ərazini gəzən qonaqlar üçün əsas ziyarət məkanı olacaq.

 

“İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusu çərçivəsində Bakı Ekspo 2025 sərgisinin ərazi, şəhərdaxili digər ərazilərin funksionallığına, eləcə də sakinlərin və qonaqların daim faydalanacaqları daimi bir məkana çevriləcək. 

 

Miras olaraq sərgi öz işini bitirdikdən sonra istifadə olunmuş ərazi böyük bir park olaraq da fəaliyyətini davam etdirə bilər. Daimi sərgi evinə çevrilərək Azərbaycan Milli Pavilyonunda isə 1991-ci ildən, ölkəmizin müstəqilliyini bərpa etdiyi tarixdən ötən dövr ərzində iqtisadi, siyasi, sosial və humanitar sahələrdə əldə edilən uğurları barədə məlumatları əks etdirən eksponatlarla ziyarətçiləri maarifləndirəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dovlet gomruk komitesinde rusiya gomruk akademiyasinin rehberi ile gorus kecirilib
    Dövlət Gömrük Komitəsində Rusiya Gömrük Akademiyasının rəhbə...
  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272