Azərbaycan dövlət büdcəsi yanvar-oktyabr aylarında ÜDM-in 3,5%-i həcmində profisitlə icra olunub

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan dövlət büdcəsinin 2008-ci ilin yanvar-oktyabr aylarında gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,2% artaraq 8,7 mlrd. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ötən ilin analoji dövrü ilə müqayisədə büdcə xərcləri 72,6% artaraq 7,6 mlrd. manat təşkil edib. Nəticədə, büdcənin icrasında yaranmış 1,1 mlrd. manatlıq profisit ümumi daxili məhsulun (ÜDM) 3,5%-nə bərabər olub.
Büdcə gəlirlərinin 57,5%-i (5 mlrd. manat) Vergilər Nazirliyi, 10,7%-i (935,7 mln. manat) Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, büdcə proqnozu isə bu təşkilatlar tərəfindən müvafiq olaraq 107,6% və 100,4% səviyyəsində yerinə yetirilib.
Gəlirlərin 1 587,3 mln. manatı və ya 18,2%-i əlavə dəyər vergisi, 2 704,7 mln. manatı (30,9%) hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 497,1 mln. manatı (5,7%) fiziki şəxslərin gəlir vergisi, 364,2 mln. manatı (4,2%) aksiz vergisi, 390,8 mln. manatı (4,5%) isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.
Büdcə xərclərinin 3,7 mlrd. manatı (49%) iqtisadiyyata investisiya qoyuluşuna, 685,8 mln. manatı (9%) əhalinin sosial müdafiəsi və sosial təminatına, 682,4 mln. manatı (9%) isə təhsilin maliyyələşdirilməsinə sərf edilib.
Xərclərin 23,5%-ni (1 781,6 mln. manat) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272