Azərbaycan iqtisadiyyatı 1,1% artıb

azerbaycan iqtisadiyyati 1 1 artib

Bu ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 29294,0 mln. manata çatıb.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9%, informasiya və rabitə sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4%, sənaye, həmçinin digər xidmət sahələrində 0,9% artıb, tikintidə isə 11,2% azalıb.

 

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb.

 

ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,7%-i tikintidə, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267