Azərbaycan manatının real effektiv məzənnəsi 8 illik maksimuma çatıb

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan manatının real effektiv məzənnəsi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 15,1% yüksəlib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu, 2000-ci ildən sonrakı dövr ərzində ən yüksək göstəricidir.
Real effektiv məzənnə ölkənin əsas xarici ticarət tərəfdaşlarının valyutalarının real mübadilə məzənnələrinin örtaölçülmüş göstəricisidir və onun hesablanmasında müvafiq ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı nəzərə alınır. Yəni, bu, manatın xarici ticarət dövriyyəsində iştirak edən dövlətlərin valyutalarına qarşı orta vahid məzənnəsidir.
Real effektiv məzənnənin artımı ölkənin yerli mallarının rəqabətlilik qabiliyyətinin aşağı düşdüyünü göstərir. Eyni zamanda, real effektiv məzənnənin hesablanmasında ölkədə və xarici ticarətdə tərəfdaş ölkələrdəki illik inflyasiya nəzərə alınır, yəni real effektiv məzənnənin artımına həm də yüksək inflyasiya təsir edir. Hətta tək Azərbaycanda deyil, həmçinin tərəfdaş ölkələrdə olan inflyasiyanın səviyyəsi nəzərə alınmalıdır. Azərbaycanda olan inflyasiyanın tərəfdaş dövlətlərdəki inflyasiyadan artıq olması yerli iqtisadiyyatın rəqabətlilik qabiliyyətinin düşdüyünü əks etdirir.
Qeyd edək ki, son illər ərzində real effektiv məzənnənin dinamikasında əks olunan qeyri-neft sektorunda da rəqabətlilik qabiliyyəti davamlı olaraq azalır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272