Azərbaycan Milli Bankı gələn il pul siyasətini daha da yumşaldacaq

azerbaycan milli banki gelen il pul siyasetini daha da yumsaldacaq
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) 2009-cu ildə pul siyasətini daha da yumşaltmağı və uçot dərəcəsini aşağı salmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
«Bu il bir neçə mərhələdə uçot dərəcəsi dəyişdirilərək 15%-dən 10%-ə çatdırılıb. Bu siyasət gələn il də bir neçə mərhələdə həyata keçirəcək. Çünki iqtisadiyyatın, maliyyə institutlarının ucuz pula ehtiyacı var», - deyə E.Rüstəmov vurğulayıb.
AMB rəhbəri qeyd edib ki, gələn il manatın məzənnəsi əhəmiyyətli dərəcədə maliyyə sabitliyinin təmin olunmasına yönəldiləcək. Ötən dövrdə manatın dollara nisbətən 4,4%-ə qədər, avroya nisbətən isə 15%-dən çox möhkəmləndiyini qeyd edən E.Rüstəmov bu məzənnə siyasətinin ölkəyə inflyasiya idxalını neytrallaşdırmağa imkan yaratdığını vurğulayıb.
AMB rəhbəri dünya bazarlarında neftin qiymətinin düşməsinin Azərbaycanın dövlət büdcəsi gəlirlərinin formalaşmasına hər hansı mənfi təsir göstərməyəcəyini düşünür: «Əvvəlki illərdə Azərbaycan dövlət büdcəsi tərtib olunarkən neftin qiymətinin aşağı götürülməsi mövcud beynəlxalq şəraitdə neftin qiymətinin aşağı düşməsinə adekvat cavabdır. Büdcə gəlirlərinin 75%-dən çoxu dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən qorunur».
Qeyd edək ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricilər 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 1,4% çoxdur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272