Azərbaycan prezidenti İlham Əliyev: «Neftin qiymətinin hətta bugünkü səviyyəsində bizim iqtisadiyyat uğurla fəaliyyət göstərəcək»

azerbaycan prezidenti ilham eliyev neftin qiymetinin hetta bugunku seviyyesinde bizim iqtisadiyyat ugurla fealiyyet gosterecek
Bakı. Elmin İbrahimov - APA. “Bir şəxsin iki dəfədən artıq prezident seçilmək hüququna qoyulan məhdudiyyətin ləğvinin təklif olunması demokratiyanın daha da möhkəmlənməsinə yönələn addımdır”. APA-nın məlumatına görə, bunu “Reuters” agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
““Bu demokratikdir. Əgər xalq hər hansı bir lideri dəstəkləyirsə, deməli onların onu seçmək hüququ da var. Mənim fikrimcə, bu məhdudiyyətin aradan qaldırılması onun olmağından daha demokratikdir.
Avropa İttifaqının elə bir üzvünü tapa bilməzsiniz ki, onun lideri xalq onun bu vəzifədə olmasını istədiyi halda dəfələrlə seçilə bilməsin. Bu demokratikdirmi? Əlbəttə. Onda bu, Azərbaycana da tətbiq olunmalıdır”, - deyə ölkə başçısı vurğulayıb.

Bundan başa, İlham Əliyev bəzən Azərbaycana dair bir sıra məsələlərdə ikili standartlardan yanaşıldığını deyib.

“Əgər tənqid haqlı olursa və nüfuzlu mənbədən gəlirsə, biz bunu müzakirə etməyə tam hazırıq və həvəs göstəririk. Bəzən müxtəlif QHT-lərdən də tənqid eşidirik ki, bunlar faktiki olaraq bizi narahat etmir, çünki bu tənqid əsasən qərəzli olur”.

Prezident Ermənistanı misal göstərərək, Qərbin tez-tez insan hüquqlarının qiymətləndirilməsi məsələsində ayrı-seçkiliyə yol verdiyini, geosiyasi maraqları olan ölkələrdə böyük hüquqpozma faktlarına göz yumduğunu qeyd edib: “Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət pis deyil. Əgər siz bizim regiona diqqət yetirsəniz, elementar insan hüquqlarını kobud pozan ölkələrin qınaq obyekti olmadığını görərsiniz. Bəzən daha çox dost, daha yaxın hesab olunan, və ya, necə deyək, Qərblə daha çox əlaqələndirilən ölkələr nə isə etdikdə, bu, heç kimin nəzərinə çarpmır. Qərbə dost olan, lakin öz müstəqil siyasətini yürüdən Azərbaycanda bu ölkələrdə baş verənlərin bir faizi olanda isə biz tənqid hədəfinə çevrilirik”.
Ölkə başçısı Dağlıq Qarabağ məsələsində hələ də heç bir nəticənin əldə olunmadığını bildirib.

Ölkənin iqtisadi inkişafından danışan dövlət başçısı, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) son beş ildə kəskin artdığını vurğulayıb: «Bu il üçün bizim proqnozumuz 10 faizdir ki, bu da hesab edirəm ki, qlobal böhran şəraitində kifayət qədər böyük göstəricidir. Ehtimal ki, biz bu inkişaf səviyyəsini davam etdirəcəyik”.
Dünya bazarında xam neftin hazırkı qiymətinə münasibət bildirən ölkə başçısı ədalətli qiymətin 80-100 dollar/barel civarında olduğunu qeyd edib və digər hasilatçı ölkələrlə birlikdə dünya bazarında qiymətlərin sabitləşdirilməsi istiqamətində Azərbaycanın hasilatı gündə 300 min barel azaltmaq barədə verdiyi vədə sadiq olduğunu xatırladıb.
“Artıq hasilatın azaldılmasına başlanıb və bu, maksimum gündə 300 min barel olmaqla neftin qiymətindən asılı olacaq. Əgər qiymətlər indiki səviyyədə olsa, bu bizim hədəf olacaq. Əgər qiymət artarsa, biz də bu rəqəmi dəyişəcəyik. Ədalətli qiymətin 80, 90 və ya 100 dollar ətrafında olması, mənim fikrimcə, hamı üçün optimaldır. Bu, istehlakçılar, şirkətlərin investisiya yatırmaları və neft satışından gəlir əldə edən ölkələr üçün kifayətdir. Lakin sizə deyə bilərəm ki, neftin qiymətinin hətta bugünkü 40-45 dollar/barel səviyyəsində olduğu halda belə, bizim iqtisadiyyat uğurla fəaliyyət göstərəcək və qiymətlərin bu səviyyəsinə davam gətirmək iqtidarındadır. Xatırlayırsınızsa, bundan da pis vaxtlar olub”.
Azərbaycanın OPEC-ə üzv olub-olmayacağı ilə bağlı sualı cavablandıran İ. Əliyev belə bir dəvətin olmadığını qeyd edib.
Bundan başa, prezident böhranın ölkədə aparılan iqtisadi islahatların uğurlu olduğunu üzə çıxartdığını və iqtisadiyyatın daha da şaxələnməyə ehtiyacı olduğunu, əsas infrastruktur layihələrinin davam etdiriləcəyini qeyd edib: "Əsasən, bizim həyata keçirdiyimiz əsas infrastruktur layihələrinə elektrik stansiyaları, qazlaşdırma, magistral yollar, su təchizatı, kanalizasiya, irriqasiya və digər layihələr daxildir. Bunların bir hissəsi artıq tamamlanıb. Biz planlaşdırdığımıza nail olmuşuq, qalanlar da yaxın illərdə tamamlanacaq. Biz gələcəkdə təkcə neft qiymətləri barədə düşünməli olmayacağıq. Neft sadəcə yaxşı sığortadır və bizim Neft Fondunda yığılan vəsaitlər hər hansı bir böhrandan yaxşı müdafiəni təmin etməlidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267