Azərbaycan yanvar-noyabr aylarında ixracı 9 dəfə, idxalı isə 30% artırıb

Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsində 40 481 071,3 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın 140 ölkə ilə aparılmış ixrac əməliyyatlarının həcmi ümumi 46 976 839,4 min dollar, idxal əməliyyatlarının həcmi isə 6 495 768,1 min dollar təşkil edib. Həmçinin, ölkəyə 31 381,7 min dollar dəyərində 4 062,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək və humanitar yardım daxil olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2008-ci ilin 11 ayında ixrac əməliyyatlarının həcmi 8,6 dəfə, idxal əməliyyatlarının həcmi isə 29,65% artıb.
Müvəqqəti ixrac rejimində ölkədən 309 594,1 min dollar dəyərində mal ixrac, 430 070,2 min dollar dəyərində mal isə müvəqqəti idxal edilib.
İxracın strukturunda əsas yeri xam neft (92,76%), neft məhsulları (4,18%) və digər məhsullar, idxalda isə maşın, elektrik aparatları, avadanlıqlar və onların hissələri (30,56%), nəqliyyat vasitələri və onların hissələri 17,16%, ərzaq məhsulları (12,52%), qara metallar və onlardan hazırlanan məmulatlar (9,38%) və digər əmtəələr təşkil edib.
İxrac əməliyyatlarında xüsusi çəkisinə görə ilk üçlükyə İtaliya (40,34%), ABŞ (12,45%), İsrail (7,40%), idxalda isə Rusiya (19,03%), Türkiyə (11,23%) və Almaniya (8,17%) daxil olub.
Qeyd edək ki, hesabat dövründə xarici ticarətlə 12 358 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 36,91%, özəl sektorun - 62,72%, fiziki şəxslərin - 0,37% təşkil edib. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 24,46%-ə, 70,41%-ə və 5,13%-ə bərabər olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272