Azərbaycanda orta aylıq əmək haqqı yanvar-noyabr aylarında 24,3% artıb

Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2008-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,3% artaraq 265,1 manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.
Bu ilin yanvar-oktyabr aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 12,6 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunun da əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələri, emal sənayesi və tikinti sahələrində çalışan işçilər alıb.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 133,9 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 250,4 manat olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
agdam musiqi kollecinin direktoru yol qezasina dusub agdam musiqi kollecinin direktoru yol qezasina dusub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267