Azərbaycanda yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala investisiya qoyuluşu 39% artıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 957,5 mln. manat məbləğində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 38,8% çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 4 823,6 mln. manat və ya ümumi investisiyanın 60,6%-i, qeyri-dövlət müəssisələri 3 133,9 mln. manat və ya 39,4%-i qədər sərmayə qoyub.
Hesabat dövründə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 56,2% artaraq 4 879,2 mln. manata çatıb. İstehsal təyinatlı obyektlərin inşasında 5 912,9 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 2 044,6 mln. manatlıq investisiyadan istifadə edilib.
Bundan başqa, cari ilin 11 ayında əsas kapitala yönəldilmiş vəsaitin 74,3%-ni daxili investisiyalar, 25,7%-ni isə xarici investisiyalar təşkil edib. Daxili investisiyaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 74,6% artıb. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 79%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 21%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.
Bu ilin yanvar-noyabr aylarında büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4 326,3 mln. manat vəsait nəzərdə tutulub. Hesabat dövründə bu vəsaitin 3 039,3 mln. manatından və ya 70,3%-dən istifadə edilib. İstifadə edilmiş investisiyanın ¾ hissəsindən çoxu tikinti-quraşdırma işlərinin payına düşür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272