Azərbaycanın valyuta birja bazarında ötən həftə dövriyyə azalıb

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (dekabrın 22-26-də) 5,779 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 13,5% azdır.
«APA-Economics»in məlumatına görə, ötən həftə dövriyyənin gündəlik həcmi aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticəsi) 0,8015 manatdan 0,8022 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,09% artıb.
Qeyd edək ki, bununla belə həftə ərzində rəsmi məzənnə 0,11%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,1%, nağd satış məzənnəsi isə 0,11% enib:




Beləliklə, ötən həftə valyuta bazarında praktiki olaraq tam məzənnə sabitliyi müşahidə olunub. Birja bazarında çox kiçik dövriyyələri nəzərə alaraq qeyd etmək lazımdır ki, keçən həftə valyuta əməliyyatları üzrə aşağı fəallıqla yadda qalıb. Bununla yanaşı, son həftələr ərzində ilk dəfə olaraq, avronun rəsmi məzənnəsi üzrə dinamika sabitliyi nümayiş olunub:




Avronun məzənnəsinin müəyyən dərəcədə dəyişməsinə baxmayaraq, ümumi həftəlik məzənnə artımı cəmi 0,4% təşkil edib, halbuki əvvəlki həftə ərzində avro manata qarşı 5,3% möhkəmlənib. Məzənnə sabitliyi dünya bazarında müşahidə olunan hadisələrin nəticəsidir. Xatırladaq ki, həftə ərzində avronun dollara qarşı bahalaşması 1,3% təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272