«AzSığorta» şirkətinin daxilolmaları ötən il 2 dəfə artıb

Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2008-ci il ərzində sığorta daxilolmalarının həcmi 10,066 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin nəticələri ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 8,7 dəfə artaraq 2,328 mln. manat olub.
Sığorta daxilolmalarının strukturunda 3,7 mln. manat «Yüklərin sığortası», 3 mln. manat «Əmlakın yanğından sığortası», 1,318 mln. manat «KASKO sığortası», 635 min manat «Avtovəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası», 481 min manat «Kreditlərin sığortası», 310 min manat «Məsuliyyət sığortası», 90 min manat «Tibbi sığorta», 62 min manat «Səyahət sığortası» və 15 min manat «Bədbəxt hadisələrin sığortası» növlərinin payına düşüb.
Ötən il ərzində şirkətin sığorta ödənişlərində isə ən çox vəsait «Əmlakın yanğından sığortası» (1,230 mln. manat), «KASKO sığortası» (678 min manat), «Kreditlərin sığortası» (326 min manat), «Kənd təsərrüfatı risklərinin sığortası» (40 min manat), «Yüklərin sığortası» (24 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası» (84 min manat) və «Tibbi sığorta» (34 min manat) növləri üzrə həyta keçirilib.
Qeyd edək ki, şirkətin 2008-ci ildə əldə etdiyi mənfəətin həcminin 3 mln. manata çatacağı gözlənilir.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi fəaliyyət göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267