Bakıda MDB ölkələrinin vergi xidmətləri rəhbərləri Koordinasiya Şurasının iclası keçirilir

bakida mdb olkelerinin vergi xidmetleri rehberleri koordinasiya surasinin iclasi kecirilir
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərləri Koordinasiya Şurasının XV iclası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iclasda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistanın vergi orqanları, MDB İcraiyyə Komitəsi və Baltikyanı ölkələrin nümayəndələri iştirak edirlər.
Moldova Baş Dövlət Vergi Müfəttişliyinin rəisi Tatyana Logina bildirib ki, tədbirdə bir sıra məsələlər, o cümlədən cari ildə MDB ölkələrində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin monitorinqi, vergi ödəyicilərinin qeydiyyatı sahəsində təcrübə mübadiləsi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi təcrübəsi və s. müzakirə edilir.
Azərbaycanın vergilər nazirinin müavini Natiq Qasımov isə qeyd edib ki, üzv dövlətlərin vergi sisteminin daha da inkişaf etdirilməsi üçün bu cür görüşlər mühüm əhəmiyyət kəsb edir. Nazir müavini vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində son illər Azərbaycanda görülən işlər barədə də məlumat verib. Daha sonra «Azərbaycanın müasir vergi sistemi haqqında» film nümayiş olunub.
Vergilər Nazirliyinin mətbuat katibi Fariz Səmədov isə jurnalistlərə bildirib ki, iclasda 2008-ci il üçün İş Planının icra vəziyyəti, Azərbaycanın əlavə dəyər vergisi depozit hesablarının tətbiqi ilə bağlı təcrübəsi müzakirə olunacaq. Günün sonunda isə iclas iştirakçıları kommersiya hüquqi şəxslərin «bir pəncərə» prinsipi üzrə dövlət qeydiyyatı ilə tanış olmaq üçün Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentində olacaqlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273