«Bank Standard»ın «Bəxtiniz qızıl olsun» aksiyasının III tirajının iştirakçıları müəyyənləşib

Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) keçirdiyi «Bəxtiniz qızıl olsun» adlı aksiyasının üçüncü tirajının iştirakçıları məlum olub.
Banklın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiyanın 3-cü tirajında iştirak edən depozit hesablarının tam siyahı ilə www.bankstandard.com saytında və ya bankın istənilən filialında tanış olmaq olar. Aksiya iştirakçıları onlara verilmiş kod nömrələri, habelə lotereya kuponlarının sayını həmin siyahıda özünə məxsus bank hesab nömrəsi ilə tapa bilərlər. Məxfiliyi qorumaq məqsədi ilə müştərilərin adları siyahıda göstərilmir.
QKDK tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq, növbəti tiraj əvvəlki kimi müstəqil komissiyanın nəzarəti ilə keçiriləcək. Aksiya iştirakçıları tirajda şəxsən iştirak edə bilər. Tiraj 2008-ci il noyabrın 1-də keçiriləcək. Üçüncü tirajın qalibi 999,9 əyar İsveçrə qızılından olan 250 qramlıq külçəyə sahib olacaq.
Qeyd edək ki, hazırda aksiyanın yekun mərhələsi başlayıb. Bu mərhələdə əsas hədiyyə kimi Bakı şəhərində mənzil oynanılacaq.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267