Bu ilin 4 ayında Azərbaycandan 94 ölkəyə məhsul ixrac olunub

bu ilin 4 ayinda azerbaycandan 94 olkeye mehsul ixrac olunub

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub.

 

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 mlrd. 318,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 266,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-aprel  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb.

 

Dövlət Gömrük Komitəs-nin məlumatlarına əsasən ixracın 24,7%-ni İtaliyaya, 9,2%-ni İsrailə, 7,4%-ni Türkiyəyə, 5,5%-ni İndoneziyaya, hər biri 4,9% olmaqla  Tayvan (Ç-nin əyaləti) və Almaniyaya, 4,4%-ni Çexiyaya, 3,7%-ni Kanadaya, hər biri 3,2% olmaqla Gürcüstan və İspaniyaya, 3,0%-ni Avstriyaya, 2,9%-ni Portuqaliyaya, 2,8%-ni Rusiyaya, hər biri 2,5% olmaqla Ukrayna və Hindistana, qalan 15,2%-ni  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərnin 17,4%-i Rusiya, 15,5%-i Türkiyə, 10,1%-i Çin, 7,8%-i Almaniya, 4,7%-i ABŞ, 4,0%-i Ukrayna, 3,4%-i İtaliya, 3,1%-i Belarus, 2,9%-i İran, 2,3%-i Birləşmiş Krallıq, 28,8%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

 

2018-ci ilin yanvar-aprel aylarında 485,3 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3%, real ifadədə isə 11,4% çoxdur.

 

2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 60,7%, meyvə və tərəvəz şirələri – 16,2%,  kartof – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 24,3%, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,0%, polietilen – 9,6%, emal olunmamış alüminium – 9,1%, qara metallardan borular – 19,0%,  pambıq ipliyi – 32,2%, bentonit gili –19,8%  artmış, təzə tərəvəz ixracı 12,8%, şəkər – 42,2%, tütün – 17,9%, çay – 6,8%, bitki yağları – 18,3%, pambıq lifi – 9,6%, qara metallardan yarımfabrikatlar – 88,5% azalıb.

 

2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı 56,3%, bitki yağları – 60,1%, təzə meyvə – 48,9%, çay – 16,6%, qara metallardan borular – 2,2 dəfə,  minik avtomobilləri – 3 dəfə, polad prokatı – 8,4%, mineral gübrələr – 3,4 dəfə, mebel – 2,3 dəfə, qara metallardan çubuqlar – 21,3%, hesablama maşınları, blok və qurğuları – 6,3%, rezin şinlər – 7,3%, polietilen – 63,8%, paltaryuyan maşınlar – 62,5%, yük avtomobilləri – 78,0%, sement və sement klinkerləri – 2,2 dəfə, məişət soyuducuları – 2,4 dəfə  artıb, siqaret idxalı isə 10,5%,  kərə yağı, digər süd yağları və pastaları – 18,1%, kartof – 11,6%, quş əti və onun əlavə məhsulları – 13,3%, xam şəkər və şəkər – 81,3%, mal əti – 17,3%, təzə tərəvəz – 51,9%, qara metallardan künclüklər ­ 16,7%, məişət kondisionerləri – 9,0%, avtobuslar – 11,5% azalıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267