BVF-nin sabiq baş iqtisadçısı Kennet Roqoff: «Dolların bahalaşmasının iqtisadi əsasları yoxdur»

Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın bank və maliyyə sistemində yaşanan böhran mühitində dolların dünyanın əsas valyutalarına qarşı sürətli artımının iqtisadi əsasları yoxdur və bu proses müvəqqəti xarakteri daşıyır. «APA-Economics»in «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri Harvard Universitetinin professoru, Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq baş iqtisadçısı Kennet Roqoff söyləyib.
«Dağılan ABŞ iqtisadiyyatında artan dollar ağla gəlməyən bir fenomendir. Bunu yalnız onunla izah etmək olar ki, investorlar Avropada müşahidə olunan mənfi tendensiyalardan ABŞ-dakı hadisələrdən daha çox ehtiyat edirlər», – deyə K.Roqoff bildirib.
ABŞ iqtisadiyyatı geriləmə mərhələsinə daxil olsa da, dünyada dollara tələbatın artması nəticəsində onun avroya qarşı məzənnəsi iki illik, funta qarşı isə 6 illik maksimuma çatıb. Dolların əsas ehtiyat valyutası kimi bərpası və dollarla avro arasındakı məzənnə fərqinin kəskin azalmasını proqnozlaşdıran əksər analitiklərdən fərqli olaraq, K.Roqoff dolların böhrandan əvvəl olan mövqelərə qayıdacağını gözləyir. K.Roqoffun fikrincə, möhkəmlənən dollar Amerika mallarının xarici bazarlarda rəqabətlilik qabiliyyətini azaldır, bu da böhran vəziyyətində olan ABŞ iqtisadiyyatı və ixracatçıları üçün ciddi zərbədir.
Eyni zamanda qeyd olunmalıdır ki, dolların bahalaşmasının əsas səbəbi investorlar tərəfindən aktivlərin kütləvi şəkildə satılması və onları ya pula çevrilməsi, ya da əldə olunan pulların ABŞ-ın federal istiqrazlarında yerləşdirilməsidir. Maliyyə bazarlarına olan etimadın bərpası ABŞ və Avropa ölkələri hökumətlərinin böhrana qarşı gördükləri tədbirlərin ilk müsbət effekti əvvəl investorları səhmlər, sonra isə törəmə qiymətli kağızlar bazarlarına qaytaracaq və bununla da dollara süni tələbat kəskin azalacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267