Donna Dousett-Koirolo: «Bu il Azərbaycan bankları üçün mürəkkəb il olacaq»

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanın bank sistemi üçün mürəkkəb dövr olacaq. «APA-Economics»in məlumatına görə, Bakıda son rəsmi səfərində olan Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə sabiq direktoru xanım Donna Dousett-Koirolo bu gün keçirilən mətbuat konfransında bildirib.
DB təmsilçisinin sözlərinə görə, hazırda bir sıra ölkənin bank sistemində ciddi likvidlik problemləri mövcuddur: «Banklar böhrana güclü tərəfləri ilə daxil olmalıdır. Azərbaycanda depozit və kreditlərin müxtəlif valyutada olması, portfellərin sağlamlığı müşahidə olunur. Bu da Azərbaycan Milli Bankının yeritdiyi güclü siyasətinin nəticəsidir».
D.Dousett-Koirolonun fikrincə, bu təcrübə bir çox dövlət üçün nümunəvi ola bilər. Lakin buna baxmayaraq, banklar özləri üzərində hələ işləməlidir və problemlərin yeni həlli yollarını tapmalıdır: «Belə şəraitdə bankların lazımi maliyyə vəsaitləri olmalıdır və bu istiqamətdə hökumətlə aparılan dialoq davam etdirilməlidir».
Xatırladaq ki, hazırda Azərbaycanda 45 bank təşkilatı fəaliyyət göstərir və ötən ilin sonunda məcmu xarici öhdəliklərin həcmi 2,5 mlrd. ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267