Dövlət Gömrük Komitəsi sürətli poçt göndərişləri ilə bağlı yeni layihəyə başlayır

dovlet gomruk komitesi suretli poct gonderisleri ile bagli yeni layiheye baslayir

"Hazırda elektron hökumət portalı üzərindən 14 elektron gömrük xidməti göstərilir".

 

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov jurnalistlər üçün təşkil edilən seminarın ikinci günündə bildirib.

 

Onun sözlərinə görə, 2016-cı ildən bu istiqamətdə görülən işlərin nəticəsi olaraq ölkədə bu gün elektron gömrük xidmətləri yüksək səviyyədədir. A.Süleymanov bildirib ki, artıq Özbəkistan, Rusiya, Gürcüstan və İran İslam Respublikası ilə məlumatların mübadiləsi xidməti göstərilir.  O qeyd edib ki, hazırda elektron TİR xidməti də tamamlanmaqdadır: “Bu xidmət tətbiq ediləndən sonra kağız üzərindən xidmətlər tam yığıdırılacaq”.

 

Komitə əməkdaşı vurğulayıb ki, Dövlət Gömrük Komitəsi sürətli poçt göndərişləri ilə bağlı layihəyə başlayır: “Layihə ilə bağlı poçt şirkətləri ilə əməkdaşlıq ediləcək, məlumat mübadiləsi aparılacaq. Belə ki, göndərilən poçt ilə bağlı ilkin olaraq gömrük orqanlarına məlumat daxil olacaq, bu məlumat əsasında risk təhlilləri aparılaraq göndərilən poçtun yubandırılmadan sürətli keçidinin təmin olunmasına nail olunacaq”

 

A.Süleymanov bildirib ki, Azərbaycan BMT-nin ticarətin asanlaşdırılması istiqamətində keçirdiyi sorğuda 3-cü yerdə qərarlaşıb: “120 ölkə arasında ticarətin asanlaşdırılması istiqamətində sorğu keçirilib. Ümumdünya Ticarət Təşkilatının sazişi əsasında 47 tədbirin keçirilməsi qərarlaşdırılıb. Azərbaycan bu sorğuda 3-cü yer tutub. Açıq dənizə çıxışı olmayan ölkələr arasında isə 75 faiz göstərici ilə Azərbaycan birinci yerdədir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267