Dünya Bankı: Bu il Azərbaycanda bir rəqəmli inflyasiya gözlənilir

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda inflyasiyanın illik tempi bir rəqəmli səviyyədə ola bilər. Bu barədə «APA-Economics»ə Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə sabiq direktoru xanım Donna Dousett-Koirolo məlumat verib.
D.Dousett-Koirolonun sözlərinə görə, hazırda dünyada müşahidə olunan maliyyə böhranı səbəbindən makroiqtisadi proqnozlar mütəmadi dəyişir. Ötən il Azərbaycanda makroiqtisadi göstəricilər yüksək səviyyədə olsa belə, 2008-ci ilin əvvəlində DB-nın proqnozlarından bir qədər aşağı olub və bunun səbəbi qlobal maliyyə böhranıdır: «Maliyyə böhranı nəticəsində, 2009-cu ildə bir sıra ölkədə, o cümlədən Azərbaycanda inflyasiyanın tempi düşəcək və artıq cari ilin sonunda Azərbaycanda bir rəqəmli inflyasiya müşahidə oluna bilər».
Bundan başqa, D.Dousett-Koirolo qeyd edib ki, Azərbaycanda builki dövlət büdcəsinə mümkün deyişikliklər (sekvestr, transfert və borcalma) detallı müzakirələr tələb edir.
«Son illər ərzində Azərbaycan hökuməti bir sıra dövlət xərcləri proqramlarını həyata keçirib və indi bu proqramların bir qədər dayanması ciddi problemlər yaratmayacaq», - deyə D.Dousett-Koirolo bildirib.
D.Dousett-Koirolo onu da qeyd edib ki, böhrandan sonrakı mühit, o cümlədən inflyasiyanın aşağı düşməsi bir sıra ölkə arasında rəqabəti təmin edəcək ki, bu da müsbət hal kimi qiymətləndirilir.
Qeyd edək ki, ötən il Azərbaycan hökuməti inflyasiyanı 18%, Beynəlxalq Valyuta Fondunun ekspertləri isə 20% səviyyəsində proqnozlaşdırsa da, inflyasiyanın səviyyəsi 20,8% təşkil edib. Cari il üçün isə inflyasiya 12-14% səviyyəsində proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin proqnozlarına görə, 2009-cu ilin sonunda ölkədə nəinki bir rəqəmli inflyasiya, hətta deflyasiya müşahidə oluna bilər.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267