Elman Rüstəmov: «Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin 28 aylıq idxalına bərabərdir»

Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycanın dünya maliyyə böhranı ilə üzləşməsi üçün heç bir fundamental makroiqtisadi amil mövcud deyil. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsində Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
«Bu gün ölkələr tədiyyə balanslarındakı mənfilikdən əziyyət çəkir. Bu il Azərbaycan öz tədiyyə balansını əhəmiyyətli profisitlə başa vuracaq. Gələn il neftin qiymətinin aşağı düşəcəyi təqdirdə belə, tədiyyə balansının artıqlığı 10 mlrd. ABŞ dollarından yuxarıdır», - deyə E.Rüstəmov vurğulayıb.
Mərkəzi bankın başçısı vurğulayıb ki, son məlumatlara görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 18,2 mlrd. dollar, ölkənin ümumi xarici borcu 8 mlrd. dollar, xarici kreditor mövqeyi isə 11 mlrd. dollardır: «Bu o deməkdir ki, xarici valyuta ehtiyatlarımız bütün borclarımızı iki dəfə üstələyir. Böyük həcmdə likvid aktivlərin olması Azərbaycanın bu vəsaitlərdən həm büdcə, həm də daxili monetar problemlərin həlli, tədiyyə balansının kəsirini ödəməyə imkan verir».
E.Rüstəmovun sözlərinə görə, strateji ehtiyatlar ölkənin 28 ay ərzində idxala olan tələbatını fasiləsiz ödəyə bilər, beynəlxalq normalarda isə bu, ən azı 3 aya bərabər olmalıdır: «Amma bu o demək deyil ki, biz dünyada baş verən proseslərdən kənardayıq. Azərbaycan iqtisadiyyatı neftin qiymətindən əhəmiyyətli dərəcədə asılıdır. Bir il ərzində xaricdəki soydaşlarımız tərəfindən ölkəyə 1 mlrd. dollardan artıq vəsait köçürülür ki, bu da müəyyən dərəcədə öz təsirini göstərir. Bununla belə, hökumətin əlində kifayət qədər rıçaqlar mövcuddur».
AMB rəhbəri həmçinin əlavə edib ki, hazırda Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 6 min dollara çatıb. Manatın real alıcılıq qabiliyyəti paritet qiymətlərdə 10 min dollardan çoxdur. Ötən 5 ildə ölkə iqtisadiyyatına 45 mlrd. dollara yaxın kapital yatırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272