«Fitch Ratings» Agentliyi: «UniBank»da problemli kreditlərin xüsusi çəkisi 8%-ə çatıb, itkilər üzrə ehtiyatlar isə yetərli deyil

fitch ratings agentliyi unibank da problemli kreditlerin xususi cekisi 8 e catib itkiler uzre ehtiyatlar ise yeterli deyil
Bakı. Elmin İbrahimov, Elnur Hüseynquluyev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) reytinqlərini iyul ayında təyin etdiyi səviyyədə saxlanılması barədə qərar qəbul edib.
«APA-Economics»in «Fitch Ratings» agentliyinə istinadən verdiyi məlumata görə, «UniBank»ın uzunmüddətli İDR reytinqi «B-», qısamüddətli İDR reytinqi «B», dəstək reytinqi «5», fərdi reytinqi «D/E», dəstək reytinqinin aşağı həddi «Hədd yoxdur» səviyyəsində təsdiqlənib və reytinq üzrə «sabit» proqnoz verilib.
Agentlik mütəxəssislərinin fikrincə, reytinqlərin əvvəlki səviyyədə saxlanılması onu göstərir ki, bankın likvidliyi və aktivlərinin keyfiyyətinin son aylar ərzində pisləşməsinə baxmayaraq, bankın qısamüddətli vəsaitlər əldə etməsi və kapitalın artırılması planları fonunda cari vəziyyət «B-» səviyyəsində qalmaqdadır. Eyni zamanda, son dövrlərdə müşahidə olunan sürətli artım və çətin fəaliyyət mühiti səbəbindən kredit riskləri yüksək hələ də səviyyədə qalır və xarici maliyyələşmədə bankın yüksək asılılığı son nəticədə onun likvidlik mövqeyini potensial olaraq zəif edib.
Agentlik həmçinin xəbərdarlıq edir ki, qarşıdan gələn aylarda likvidliyin və ya aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi təyin olunan reytinqlərin mənfiyə doğru dəyişməsinə səbəb ola bilər.
Bundan başqa, bankın likvidlik vəziyyəti qısamüddətli iri həcmli xarici maliyyələşmədən yüksək asılılıq nəticəsində əhəmiyyətli dərəcədə güclü təzyiqə məruz qalıb. Bank xarici mənbələrdən cəlb etdiyi bu vəsaitlərin nəzərəçarpacaq bir hissəsini 2008-ci ilin sonuncu rübü ərzində ödəsə də, böyük bir hissəsinin gələn ilin ilk yarısında ödənilməsi planlaşdırılır.
«Fitch»in cari ilin dekabr ayının 13-ü vəziyyətinə apardığı qiymətləndirməyə əsasən, bankın likvid aktivlərinin həcmi 51 mln. manat olduğu halda, ilin sonuna xarici kommersiya kreditorlarından alınan borcların ödəmə vaxtı çatan hissəsinin həcmi təxminən 62 mln. manata və məcmu müştəri depozitlərinin həcmi 155 mln. manata çatır.
Bundan başqa, agentliyin ekspertləri apardıqları qiymətləndirmə zamanı bəzi amilləri də nəzərə alıblar. Məsələn, bankda kiçik paya sahib olan AYİB ödəmə vaxtı yaxınlaşan xarici borcların yenidən maliyyələşdirilməsinə kömək edə və gələn ilin birinci yarısında ödənilməli olan vəsaitlərin böyük bir hissəsinin vaxtını uzada bilər.
Həmçinin, Agentlik Azərbaycan Milli Bankının «UniBank»a yenidən maliyyələşdirmə planına dəstək məqsədi ilə 6-aylıq 50 mln. manat məbləğində kredit ayırdığını (gələn ilin II rübündə ödənmə vaxtı çatacaq, ancaq daha 6 ay uzadıla bilər) və ehtiyac olarsa, əlavə vəsait ayıracağı variantlarını da nəzərə alıb.
Bundan başqa, gələn ilin I rübündə planlaşdırılan 15 mln. manat məbləğində kapital artımı da likvidliyin yaxşılaşmasına kömək edə bilər.
Buna baxmayaraq, likvidlik vəziyyəti potensial olaraq zəif və artıq dərəcədə müştəri maliyyələşməsindən asılı qalır ki, bunun da təxminən 40%-nin və ya 64 mln. manatının artıq ödəniş vaxtı çatıb və ya ödənilmə vaxtına bir aydan da az vaxt qalıb.
Eyni zamanda, 2007-ci ildə sürətlə böyüyən kredit portfelinin tədricən yoxlanması ilə aktivlərin keyfiyyəti bu ilin I rübündən bəri xeyli pisləşib. Əsas borc və faizlər üzrə ödəniş müddəti 90 gündən artıq keçən ssudalar da daxil olmaqla, problemli kreditlərin həcmi artaraq bu ilin noyabr ayına 24 mln. manat və ya kredit portfelinin 8%-i səviyyəsinə çatıb. Belə kreditlər hətta təmin olunan hesab edilsə də, yaradılan kredit itkiləri üzrə ehtiyatlar (18,2 mln. manat) gələcəkdə baş verə biləcək kredit itkilərinin bağlanmasına yetərli olmaya bilər.
«Fitch» agentliyinin ekspertləri hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan neftin ucuzlaşması prosesinin mənfi təsirinə məruz qalarkən bankın problemli kreditlərin səviyyəsi kapitala nisbətdə daha da yüksələ bilər.
Bu ilin noyabr ayının sonuna, «UniBank»ın tənzimləyici «Tier-1» və məcmu kapital əmsalları müvafiq olaraq 8,1% və 15,1% təşkil edib. Lakin, «Fitch»in qiymətləndirməsinə görə, əgər cari ilin mənfəəti də nəzərə alınarsa, «Tier-1» kapitalının yetərliliyi 11,5% olacaq.
Kredit portfelində problemli kreditlərin çəkisinin artmasını və çətin iqtisadi şəraiti nəzərə alaraq, agentlik bankın kapitallaşmasını «zəif» qiymətləndirir.
Qeyd edək ki, ötən ay «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi «UniBank»ın xarici və milli valyuta ilə «B2» depozit reytinqi üzrə proqnozu daha əvvəl qiymətləndirdiyi «müsbət» səviyyəsindən «mənfi»yə endirib.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267