Hesablama Palatası KTN-nin Aparatının saxlanma xərclərinin auditini aparıb

hesablama palatasi ktn nin aparatinin saxlanma xerclerinin auditini aparib

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

 

APA-Economics” xəbər verir ki, iclasda həyata “Azərişıq” ASC, o cümlədən bir sıra qurumlarda keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

 

Bildirilir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilomaların və xərclərin proqnozlaşdırılması və icrasının auditinə dair, Dövlət büdcəsindən Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bərdə rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinin Aparatının saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi üzrə dövlət rüsumlarının, dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, hesablanması və icrasına dair, “Azərişıq” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatlar müzakirə olunub.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267