Sərnişin və yük daşımaları sahəsində vergilərin tam həcmdə yığılmasına nəzarət gücləndirilir

Bu gün  “17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində  Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  arasında iki razılaşma protokolu imzalanıb.

 

Vergilər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və  mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.

 

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişləndirilməsidir.

 

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

 

Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:14 25 İyun
03:23 25 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib
    Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəs...
  • qobustan poladli avtomobil yolu yeniden qurulur
    Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur
qobustan poladli avtomobil yolu yeniden qurulur qobustan poladli avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269