«United Credit Bank»ın Gəncə filialı yeni ünvana köçür

Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) Gəncə filialı gələn həftədən yeni ünvanda fəaliyyət göstərəcək.
Bakın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, bundan sonra yeni filial bankın öz vəsaitləri hesabına Gəncə şəhərinin Xətai prospekti,24 ünvanında aldığı yeni binada fəaliyyət göstərəcək.
V.Əliyev bildirib ki, bu filial vasitəsilə müştərilər bütün bank xidmətləri, o cümlədən, sürətli pul köçürmələri, plastik kartlarla iş, depozitlər, biznes kreditlərinin verilməsi, kommunal və mobil rabitə operatorlarının xidmətləri üzrə ödənişlər, kassa hesablaşmaları apara bilərlər.
Qeyd edək ki, filial əvvəl Gəncə şəhəri, Xətai prospekti,26 ünvanında fəaliyyət göstərib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendi dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 32,351 mln. manat, kredit portfeli 21,049 mln. manat, depozit portfeli 7,442 mln. manat, məcmu kapitalı 13,506 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bakın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267