Yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi inkişaf 11,5% təşkil edib

yanvar noyabr aylarinda azerbaycanda iqtisadi inkisaf 11 5 teskil edib
Bakı. Vüqar Mustafayev - APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında 34,7 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-nin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 mlrd. manat və ya 11,5% artıb. ÜDM-in adambaşına həcmi 10,3% artaraq 4 051,5 manata və ya 4 922,3 ABŞ dollarına çatıb.
İqtisadiyyatın istehsal sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 10,6% artaraq ÜDM-in 73%-ni təşkil edib, xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi isə 2007-ci ildəki 21,4%-dən 19,5%-dək azalıb.
Hesabat dövründə sənayedə 20,9 mlrd. manatlıq, yaxud ÜM-in 60,3%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1 888,9 mln. manatlıq (5,4%), tikintidə 2 515,7 mln. manatlıq (7,3%), nəqliyyatda 1 893,8 mln. manatlıq (5,5%), poçt və rabitədə 546,0 mln. manatlıq (1,6%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində 1 753,2 mln. manatlıq (5,1%), mehmanxana və restoran xidmətlərində 250,2 mln. manatlıq (0,7%), sosial və digər xidmətlər sahələrində 2 297,6 mln. manatlıq (6,6%) əlavə dəyər yaranıb.
Qeyd edək ki, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ni təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267