Bundestaqda Azərbaycan şairlərinin alman dilinə çevrilmiş əsərlərindən ibarət antologiyanın təqdimatı keçirilib - FOTO

Bakı. Ülkər Qasımova - APA. Almaniya Bundestaqında Azərbaycanın klassik ədəbiyyat nümunələrindən hazırlanmış Antologiyanın təqdimatı keçirilib. Azərbaycanın klassik məhəbbət poeziyası ilk dəfə Almaniyada “Mattes&Seitz” nəşriyyatı tərəfindən nəşr edilib. Antologiyada 40-dək Azərbaycan şairinin əsərləri yer alıb. N. Gəncəvi, M. Füzuli, İ. Nəsimi, M. Gəncəvi, Xətai kimi dahilərlə yanaşı, sufi və hürufi şairlər - Nəimi, Xəlili, Gülşəni və digərlərinin əsərləri ilk dəfə alman dilində antologiya şəklində nəşr edilib. Antologiya Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu tərəfindən nəşrə hazırlanıb. Əsərləri alman dilinə institutun direktoru, şairə Nuridə Atəşi və alman şair Jan Vaynert çevirib. N. Atəşinin APA-ya verdiyi məlumata görə, təqdimat Bundestaqın Qafqaz Parlament Qrupunun təşkilatçılığı və dəstəyi ilə keçirilib. Mərasimdə Bundestaqın millət vəkilləri, Almaniya Xarici İşlər Nazirliyinin, Kansler İdarəsinin, Berlin Senatının və digər dövlət orqanlarının nümayəndələri, Almaniyanın mətbuat rəhbərləri, naşirlər və ictimaiyyət təmsilçiləri qatılıb.

Rəsmi hissədə tədbirə dəstək vermiş Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq və İnsan Haqları Məsələləri Komissiyasının keçmiş sədri və Xarici İşlər Komissiyasının daimi üzvü Edvard Lintner geniş məruzə ilə çıxış edib. O, Antologiyanı Azərbaycanla Almaniya mədəniyyəti arasında önəmli körpü adlandırıb, təqdimatın məhz Bundestaqda keçirilməsindən böyük qürur duyduğunu vurğulayıb.

Bundestaqın Qafqaz Parlament Qrupunun sədri Şteffen Rayhe də təqdimatda geniş nitq söyləyib. O, nitqində Götenin yanlış olaraq Azərbaycanın dahi şairi Nizami Gəncəvini fars şairi adlandırmasına baxmayaraq, bu Antologiya ilə nəinki Nizami, indiyə qədər Almaniyada tanınmayan Fizuli, Nəsimi, Xətai, Məhsəti kimi Azərbaycan dahilərinin ilk dəfə alman oxucularına təqdim olunmasının böyük hadisə olduğunu qeyd edib.

Kitabı çap etmiş “Mattes&Seitz” nəşriyyatının direktoru, Doktor Andreas Rötzer isə bu Antologiya ilə alman ədəbiyyatında böyük xəzinə açıldığını dilə gətirib.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Anar Hüseynov da antologiyanın “Azərbaycan Mədəniyyət İli”nə çox dəyərli töhfə olduğunu söyləyib.

Mərasimdə iştirak edən AŞ PA-nın Hüquq və İnsan Haqları Məsələləri Komissiyasının sədr müavini, Schleswig Holstein əyalətinin keçmiş naziri, Bundestaq millət vəkili Raynder Steinblok N. Atəşinin Azərbaycanın Almaniyada təbliği yolunda xidmətlərini yüksək qiymətləndirib və öz dəstəyini təklif edib.

Bundan sonra bədii hissə keçirilib. Bədii hissədə tərcüməçi-şairlər Nuridə Atəşi və Jan Vaynert Azərbaycan klassiklərinin Antologiyada yer alan qəzəllərini tədbir iştirakçılarına çatdırıblar.

Mərasimin sonunda ziyafət təşkil olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267