Rəşad Məcid: “Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa, bütün istedadlı gəncləri Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”

Bakı. Elbrus Seyfullayev - APA. “Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa bütün istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər üzrə katibi Rəşad Məcid bildirib. R. Məcid bir neçə il bundan əvvəl AYB-dən istefa verərək, Azad Yazarlar Ocağına (AYO) gedən yazar Şərif Ağayarın artıq geri qayıtdığını deyib. Onun sözlərinə görə, Ş. Ağayar yenidən AYB sıralarına qatılmaq istədiyini bildirən ərizə ilə qurumun rəhbərliyinə müraciət edib: “Biz də Şərif Ağayarın ərizəsinə baxıb qərara gəldik ki, onu yenidən Azərbaycan Yazıçılar Birliyinə üzv seçək”.

AYB rəsmisi son illər müxtəlif səbəblərdən qurumdan uzaqlaşan istedadlı gənclərin geri qayıdacağını da söyləyib: “Növbədə Aqşindir. Biz onu da Azərbaycan Yazıçılar Birliyinə üzv edəcəyik. Hətta Rasim Qaraca da məndən dəfələrlə AYB-yə üzv olmaq üçün nə etməyin vacibliyini soruşub”.

Məsələyə münasibət bildirən yazar Şərif Ağayar APA-ya açıqlamasında bildirib ki, ciddi sənət sahəsinin dövlətin dəstəyindən kənar inkişafına inanmadığı üçün AYB-yə qayıdıb: “Azad Yazarlar Ocağı fiziki və hüquqi cəhətdən formalaşmış təşkilat deyil. Bu, bir dalğa idi. Mən burada öz fəaliyyətimi bitmiş hesab etdim. Ancaq orada dostlarım var. Bu gün ciddi sənətlə məşğul olan insan Azərbaycan dövlətinin yanında olmalıdır”.

Şair Aqşin isə APA-ya açıqlamasında heç vaxt AYB üzvü olmadığını və bundan sonra da belə fikrə düşməyəcəyini deyib: “Mən öz istedadını 200-300 manata satanlardan deyiləm. Azərbaycan Yazıçılar Birliyi ilə bütün körpüləri özüm yandırmışam. Bu təşkilatı indiki halda “Titanik”ə bənzədirəm, mənim batan gəmiyə minmək fikrim yoxdur”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272